image-ads_n1karobka_mobile
image-2026-04-14-15-48-01iuqkbixsiwbqe1sppdpr_filebackend

17 gün əvvəl müşavir təyin olunmuşdu, bu gün işdən çıxarıldı – Anar Bayramov islahatlara başladı

TƏBİB-də yeni icraçı direktor Anar Bayramov kadr dəyişikliklərinə start verib.

Bakupost.az xəbər verir ki, TƏBİB sədrinin səlahiyyətlərini icra edən Anar İsrafilov tərəfindən cəmi 17 gün əvvəl müşavir vəzifəsinə təyin olunan həkim Zeynal Bayramlı işdən azad edilib.

Məlumata görə, qurumdakı digər müşavirlərin də ərizələri alınıb. Məsələ ilə bağlı Bakupost.az-ın sorğusuna qurumun mətbuat xidmətindən cavab verilməyib.

Qeyd edək ki, Anar Bayramov aprelin 17-də TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunub və bu təyinat qurumda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki