image-n1karobka_ads
image-123
image-2025_05_18_68291948b1befbackend

18 May – Beynəlxalq Muzeylər Günü qeyd olunur

18 may tarixində dünyada Beynəlxalq Muzeylər Günü qeyd olunur. Bu əlamətdar gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən təsis edilib. Məqsəd muzeylərin cəmiyyətin həyatında oynadığı əhəmiyyətli rolu önə çıxarmaqdır.

Azərbaycanda muzeyçilik ənənələri XIX əsrin sonlarından formalaşmağa başlayıb. 1919-cu ildə ilk milli muzeyin yaradılması bu sahədə dönüş nöqtəsi olub. Zamanla ölkənin müxtəlif bölgələrində tarix, ədəbiyyat, incəsənət və memorial muzeylər yaradılıb.

Hazırda Azərbaycanda fəaliyyət göstərən muzeylər milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində xüsusi rol oynayır. Beynəlxalq Muzeylər Günü münasibətilə ölkədə silsilə tədbirlər təşkil olunur. Bu il keçirilən tədbirlərin bir qismi Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki