“Birdəfəlik ödəmə bu il üçün yaşayış minimumunun məbləğində verilirdi”.
Doğru.az “Report”a istinadən xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
“Əgər sərtləşdirilmiş karantin rejimi yenə tətbiq olunsa, vətəndaşlara verilən birdəfəlik ödəmənin məbləğinin 190 manatdan 196 manata qaldırılmasını hökumətlə müzakirə edəcəyik”, – deyə nazir bildirib.

























