2 Fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, bayram günləri qeyri-iş və iş günü olan bayramlar olaraq iki yerə bölünür.
Mətbuat.az xəbər verir ki, Gənclər Günü qeyri-iş günləri siyahısına daxil edilmədiyi üçün bu tarix rəsmi olaraq iş günü hesab olunur.
Qeyd edək ki, 2 fevral ölkədə gənclərlə bağlı tədbirlər, forumlar və müxtəlif sosial layihələrlə qeyd olunur.
DOĞRU.AZ




























