image-n1karobka_ads
image-123
image-evlmlird97novibuafagjidwvmyynsnkclgnqq6m_640backend

23 yaşlı Şükranın ölümü: əsas detallar açıqlanır

image-ad_qayo_720x110px

23 yaşlı Şükranın ölümü ilə bağlı yeni detallar məlum olub. İlkin məlumata əsasən, hadisə onun yaşadığı evdə baş verib.

Doğru.az xəbər verir ki, yaxınlarının bildirdiyinə görə, Şükranın halı qəfil pisləşib və dərhal təcili tibbi yardıma məlumat verilib. Hadisə yerinə gələn həkimlər gənc qızın həyatını xilas edə bilməyiblər.

Ölümün dəqiq səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, 2003-cü il təvəllüdlü Şükran Sakit qızı İsayeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək həyatını itirib. Hadisə Cəlilabad rayonunun Üçtəpə kəndində baş verib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki