image-ads_n1karobka_mobile
image-1cd57acc-79c8-4f01-9ef4-ae87afd822edbackend

Müctəba Xamenei ilə bağlı yeni iddia

image-add-a-heading

İranla bağlı diqqət çəkən iddia gündəmə gəlib.

Doğru.az xəbər verir ki, The Times qəzetinin yaydığı məlumata görə, İranın ali dini liderinin oğlu Müctəba Xameneinin səhhəti və olduğu məkanla bağlı yeni məlumatlar ortaya çıxıb.

Məlumata əsasən, onun Qum şəhərində müalicə aldığı iddia olunur. Bildirilir ki, səhhətinin ağır olması səbəbindən hazırda ölkədə qərar qəbuletmə proseslərində iştirak etmir.

Qəzetin yazdığına görə, bu məlumat ABŞ və İsrail kəşfiyyat orqanlarının Körfəz ölkələri ilə paylaşdığı diplomatik qeydlərə istinadən təqdim edilib. İddialarda qeyd olunur ki, kəşfiyyat strukturları Əli Xameneiyə qarşı hücumdan sonra Müctəba Xameneinin vəziyyəti barədə məlumatlı olub, lakin detallar daha əvvəl açıqlanmayıb.

Qeyd edək ki, məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki