Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın Yaxın Şərq münaqişəsi həll olunduqdan sonra Kiyevə təzyiq göstərməyə davam edəcəyindən narahatdır.
Doğru.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb.
Zelenski bildirib ki, Vaşinqton müharibəni bitirmək istəyir, lakin bunun yalnız bir yolunu görür: “Onlar müharibəni bitirmək istəyirlər. Narahatam ki, bunu etməyin yalnız bir yolunu görürlər… Bəs niyə biz bunun üçün pul ödəməliyik?”
Bu arada İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Zelenskinin regional dövlətlərlə əməkdaşlıq qurmaq əvəzinə Yaxın Şərqi “soymağa çalışdığını” iddia edib.
DOĞRU.AZ


























