image-ads_n1karobka_mobile
image-69cbc9a7ae5ac90283068a01backend

İran ABŞ və İsrail bazalarına hücum edib

image-add-a-heading

ABŞ Müdafiə Nazirliyinin rəhbəri Pit Heqset bildirib ki, Tehrana qarşı əməliyyatın başlanmasından bəri son 24 saat ərzində İranın buraxdığı raket və dronların sayı ən aşağı səviyyədə qeydə alınıb.

Doğru.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında İranın son sutkada “ən az sayda düşmən raketi və dronu buraxdığını” qeyd edib.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu İranın İsrailə, həmçinin ABŞ-ın İraq, Küveyt və BƏƏ-də yerləşən hərbi bazalarına hücum etdiyini açıqlamışdı. Quruma görə, bu zərbələr İsrail və ABŞ-ın döyüş potensialını zəiflətmək planının tərkib hissəsidir.

“Responsible Statecraft” nəşri isə yazıb ki, İranın endirdiyi zərbələr İsrailin hava hücumundan müdafiə sistemlərinin yetərsizliyini ortaya qoyur.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki