ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Fransanın İrana qarşı mümkün əməliyyat fonunda hava məkanını açmaqdan imtina etməsini unutmayacaq.
Doğru.az xəbər verir ki, bu barədə RT Telegram kanalına istinadla məlumat yayılıb.
Tramp Truth Social hesabında yazıb ki, Fransa İsrailə hərbi təchizat daşıyan təyyarələrin öz ərazisi üzərindən uçmasına icazə verməyib və bu addımı “faydasız” adlandırıb.
Daha əvvəl İtaliyanın Corriere della Sera qəzeti ABŞ təyyarəsinin Siciliyadakı bazaya enişinə icazə verilmədiyini yazmışdı.
ABŞ dövlət katibi Marko Rubio isə İran məsələsinə görə ABŞ ilə NATO arasındakı münasibətlərə yenidən baxılacağını bildirib.
DOĞRU.AZ


























