Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşəcək.
Doğru.az xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.
Görüşdə Rusiya–Ermənistan münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Avrasiya məkanında inteqrasiya əməkdaşlığı müzakirə olunacaq. Gündəliyə Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafı ilə bağlı məsələlər də daxil edilib.
Xatırladaq ki, tərəflər martın 23-də telefon danışığı zamanı ticarət, iqtisadiyyat, enerji və nəqliyyat sahələrində əməkdaşlığı müzakirə ediblər. Paşinyan bildirib ki, iki ölkə arasındakı münasibətlər transformasiya mərhələsindədir.
DOĞRU.AZ


























