image-ads_n1karobka_mobile
image-img-20260407-wa0037backend

Azərbaycanın turizm potensialı İndoneziyada təqdim edildi – FOTO

image-add-a-heading

Azərbaycanın turizm imkanları beynəlxalq platformada nümayiş olunur.

Doğru.az xəbər verir ki, Azərbaycan Turizm Bürosu aprelin 6-da Cakarta şəhərində start götürən Indonesia Travel Expo 2026 sərgisində ölkəmizin turizm potensialını ilk dəfə təqdim edib.

Sərgi çərçivəsində keçirilən işgüzar görüşlər zamanı Azərbaycan İndoneziya bazarında cəlbedici səyahət istiqaməti kimi tanıdılıb, iştirakçılara yeni turizm məhsulları və xidmətləri barədə məlumat verilib. Yerli səyahət agentlikləri ilə əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi və yeni biznes imkanlarının araşdırılması istiqamətində görüşlər keçirilib.

Tədbir həmçinin Azərbaycanın İndoneziya bazarında “Umrah Plus” istiqaməti kimi təşviqi baxımından mühüm platforma rolunu oynayıb. Bu çərçivədə ölkəmizin zəngin İslam irsi, tarixi məscidləri, mədəniyyəti, halal qida imkanları, təbii gözəllikləri və müasir turizm infrastrukturu ön plana çıxarılıb.

Sərgi aprelin 9-da Surabaya şəhərində davam edəcək.

Bununla yanaşı, Cənub-Şərqi Asiya regionunda həyata keçirilən təşviqat fəaliyyəti Malayziya bazarını da əhatə edir. Bu istiqamətdə Azərbaycan Turizm Bürosu Ümrə ziyarəti üzrə ixtisaslaşmış 20-yə yaxın aparıcı Malayziya səyahət agentliyi üçün ölkəmizi “Umrah Plus” istiqaməti kimi təqdim edən vebinar təşkil edib.

DOĞRU.AZ

image-img-20260407-wa0038 image-img-20260407-wa0039 image-img-20260407-wa0036


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki