image-ads_n1karobka_mobile
image-1641477289_1991596backend

Mərkəzi Bank məlumat yaydı

image-add-a-heading

Mərkəzi Bank “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Teleqraf.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Məlumata görə, “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın müvafiq tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi 600 manat məbləğində cərimə edilib.

Sözügedən nöqsan və çatışmazlıqların şirkətin kapital adekvatlığına və maliyyə dayanıqlığına təsir etmədiyi müəyyənləşdirilib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki