image-ads_n1karobka_mobile
image-screenshot_20260325_211837_gallerybackend

AQC sədri Belarusda CED rəhbəri ilə görüşüb

image-add-a-heading

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə Belarusun aparıcı qiymətləndirmə qurumları arasında beynəlxalq əməkdaşlığın yeni mərhələsinə start verilib.

Doğru.az xəbər verir ki, AQC İdarə Heyətinin sədri Vüqar Orucun Belarusa işgüzar səfəri çərçivəsində Belarus Qiymətləndirmə Təşkilatları Assosiasiyasının (CED) sədri, tanınmış ekspert Svetlana Petrovna Yuryenya ilə mühüm görüş keçirilib.

Görüş zamanı tərəflər hər iki ölkənin qiymətləndirmə bazarındakı mövcud vəziyyəti müzakirə edib, peşə standartlarının unifikasiyası və rəqabətədavamlı xidmət mühitinin formalaşdırılması istiqamətində təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar. Svetlana Yuryenya Avrasiya İqtisadi İttifaqı çərçivəsində vahid qiymətləndirmə bazarının yaradılması sahəsində təcrübəsini bölüşərək, Azərbaycanlı mütəxəssislərlə əməkdaşlığın strateji əhəmiyyət daşıdığını bildirib.

Müzakirələrin davamı olaraq, 2024-cü ildə AQC ilə CED arasında imzalanmış əməkdaşlıq memorandumundan irəli gələn praktiki addımlar da nəzərdən keçirilib.

Səfər çərçivəsində AQC rəhbərliyi 2026-cı ilin iyun ayında Minsk şəhərində keçiriləcək beynəlxalq qiymətləndirmə forumuna rəsmi şəkildə dəvət olunub.

Qeyd edək ki, Svetlana Petrovna Yuryenya Belarusun Sahibkarlığın İnkişafı Şurasının üzvü olmaqla yanaşı, ölkədə qiymətləndirmə standartlarının formalaşmasında və ictimai proseslərdə fəal iştirakı ilə tanınır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki