Intercontinental Exchange (ICE) birjasında bu ilin may ayında çatdırılma ilə Brent markalı xam neftin qiyməti 9 martdan bəri ilk dəfə bir barel üçün 113 dolları keçib.
Doğru.az xəbər verir ki, ticarət məlumatlarına əsasən, Moskva vaxtı ilə saat 08:50-yə olan vəziyyətə görə Brent markalı neftin may fyuçersləri sonradan korreksiya olunaraq yenidən 113 dollardan aşağı düşüb. Qeyd edilir ki, bundan bir neçə dəqiqə əvvəl qiymət bu həddi aşmışdı.
Bundan əvvəl Alfa-Forex şirkətinin müştəri dəstəyi və satış rəhbəri Aleksandr Şnayderman RT-yə müsahibəsində neftin bir barelinin 120 dollardan yuxarı qalxmasının mümkün şərtlərini izah etmişdi.
DOĞRU.AZ


























