image-ads_n1karobka_mobile
image-78d6f17e-f535-46e6-aa5d-07d9cc224d38backend

Binanın içindən magistral yol keçir – FOTO

image-add-a-heading

Dünyada diqqət çəkən memarlıq nümunələrindən biri Yaponiyada yerləşir.

Doğru.az xəbər verir ki, Sözcü Qəzetinə istinadən Osaka şəhərində yerləşən Gate Tower Building dünyanın ən qeyri-adi tikililərindən biri hesab olunur.

Bildirilir ki, 16 mərtəbəli binanın tam ortasından magistral yol keçir. Bu qeyri-adi layihə 1980-ci illərdə torpaq sahibləri ilə yerli hökumət arasında yaranan əmlak mübahisəsi nəticəsində ortaya çıxıb. Torpaq sahibləri ərazidə bina tikmək istədiyi halda, hökumət həmin ərazidən Hanşin Ekspress yolunu keçirməyi planlaşdırırdı. Beş il davam edən danışıqlardan sonra tərəflər kompromisə gələrək yolun binanın içindən keçməsi qərarına gəliblər.

Mühəndislik baxımından xüsusi layihələndirilən magistral yol binanın 5-ci, 6-cı və 7-ci mərtəbələrini əhatə edir. Liftlər bu mərtəbələrdə dayanmır və birbaşa 8-ci mərtəbəyə qalxır. Yol binanın konstruksiyasına toxunmur, müstəqil körpü sistemi üzərində qurulduğu üçün işçilər nəqliyyatın titrəməsini hiss etmir. Qabaqcıl səs izolyasiyası isə səs-küyün qarşısını alır.

Məlumata görə, magistral yolu idarə edən şirkət yolun keçdiyi mərtəbələr üçün bina sahibinə müntəzəm olaraq kirayə haqqı ödəməyə davam edir.

DOĞRU.AZ

image-78d6f17e-f535-46e6-aa5d-07d9cc224d38


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki