ABŞ Prezidenti Donald Trampın təyyarəsinə naməlum PUA hücum edib.
Monitorinq kanallarının yaydığı məlumata görə, Florida ştatının Vest Palm Biç hava limanında ciddi təhlükəsizlik insidenti yaşanıb. ABŞ Prezidenti Donald Trampın Hərbi Hava Qüvvələrinin Birinci təyyarəsinin yaxınlığında şübhəli pilotsuz uçuş aparatının müşahidə edilməsi hərbi hissələri hərəkətə keçirib.
NOCOMMENT.az xəbər verir ki, yaranmış təhlükə ilə əlaqədar hərbi helikopterlər dərhal havaya qaldırılıb. Məlumata görə, dronun prezident təyyarəsinin hərəkət trayektoriyasına yaxınlaşması hava limanında uçuşların müvəqqəti məhdudlaşdırılmasına səbəb olub.
Hadisə ilə bağlı hələlik ABŞ Gizli Xidməti, Ağ Ev və ya yerli hüquq-mühafizə orqanları tərəfindən rəsmi təsdiq və ya geniş açıqlama verilməyib. Bununla belə, son vaxtlar ABŞ-ın strateji obyektləri və rəsmi şəxslərinin təhlükəsizliyi ilə bağlı dron insidentlərinin artması fonunda bu hadisə xüsusi diqqət mərkəzindədir.
DOĞRU.AZ


























