Fransada dizel yanacağının qiyməti tarixi maksimuma yaxınlaşıb.
Doğru.az xəbər verir ki, Le Figaro qəzetinin məlumatına görə, Fransada dizelin orta qiyməti litri üçün 2,2 avroya yüksələrək 1985-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Nəşr bildirir ki, bu göstərici Yaxın Şərqdə münaqişənin başlanğıcı dövründəki qiymətdən təxminən 50 avro sent daha bahadır.
Bundan əvvəl money.pl də Polşada dizel yanacağının qiymətinin tarixi rekord yenilədiyini açıqlamışdı.
DOĞRU.AZ


























