image-ads_n1karobka_mobile
2783 metr hündürlükdə şəhidlərin şərəfinə lövhə – Fotolarbackend

2783 metr hündürlükdə şəhidlərin şərəfinə lövhə – Fotolar

Azərbaycan alpinistləri Qızılqaya dağ massivində dəniz səviyyəsindən 2783 m hündürlükdə, adsız yüksəkliklərdən birində Vətən müharibəsində şəhid olan 2783 nəfər əsgərin şərəfinə xatirə lövhəsi yerləşdirib.

Doğru.az Axşam.az-a istinadən xəbər verir ki, Xarıbülbül gülü formasında hazırlanmış lövhə üzərində 2783 rəqəmi həkk olunub.

Bu barədə sözügedən alpinistlər sosial şəbəkədə məlumat veriblər. Qeyd olunub ki, Xınalıq-Qalaxudat yürüş marşrutunun yaxınlığında yerləşəcək bu lövhə gələcəkdə ərazidən keçən yerli və xarici turistlərin məlumatlandırılmasında mühüm rol oynayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki