image-2000x150px
image-123
image-ads_atlas
image-hebs_-_qandalbackend

3 əməliyyatda 4 nəfər saxlanıldıDİN

image-728x90px

Paytax ərazisində oğurluq edənlər İsmayıllıda isə Narkotik tərkibli bitgi yetişdirən şəxs saxlanılıb.

Bu barədə   DİN-dən məlumat verilib.

Sabunçu RPİ 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birinin saxlanc yerindən 3000 manat dəyərində generator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş N.Quliyev və E.Bayramov saxlanılıb.

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı isə rayon ərazisindəki marketlərin birindən 1025 manat dəyərində terminal oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş A.Nəsrullayev saxlanılıb.

İsmayıllı RPŞ əməkdaşları Kürdmaşı kənd sakini V.Ələkbərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 8 kiloqramdan artıq çətənə kolu və 2 kiloqrama yaxın marixuana aşkar edərək götürüb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki