image-2000x150px
image-123
image-ads_atlas
image-isti-hava-usaqbackend

Sabah havanın temperaturu 41 dərəcəyədək yüksələcək

image-728x90px

Avqustun 13-nə gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 33-38, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 35-39, bəzi yerlərdə 41, dağlarda gecə 13-18, gündüz 21-26 dərəcə isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki