image-2000x150px
image-123
image-ads_atlas
image-b08c880355766beabe4b4e3a2cd14f26backend

5-ci dəfə vəkillik statusunu bərpa edən Elman Paşayevdən ÖZƏL AÇIQLAMA: “Buna görə…”

image-728x90px

Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan azərbaycanlı vəkil Elman Paşayev 5-ci dəfə öz vəkillik statusunu bərpa edib. 

WhatsApp Image 2022-09-09 at 14.41.41.jpeg (95 KB)

Vəkillik statusunu bərpa etmək üçün iki mərhələdə baş tutan imtahandan keçib:

“Sınaq mərhələsində 70 sual üçün 1 saat vaxt verilir. Amma orada elə suallar var ki, onu sadəcə oxumaq təxminən yarım saat çəkir. Və düzgün cavabı seçmək üçün variantlar var. Mən 12 dəqiqə ərzində 100% nəticə əldə etdim. İmtahanın ikinci mərhələsi şifahi idi”.

Paşayevin sözlərinə görə, sual vərəqini götürən zaman müfəttişlər arasında fikir ayrılığı yaranıb, nəticədə biletlər qarışdırılıb və ona yeni bilet verilib:

“Mən testin ictimailəşdirilməsinə çağırış etdim. Mənim biliyim Ali Məhkəmə sədrinin iki müavini, ədliyyə nazirinin müavini və universitet professorları tərəfindən yoxlanılıb. Komissiya asan deyildi. Buna baxmayaraq, komissiya üzvlərinə sorğu-suallarına görə təşəkkür edirəm. Mən vəkil olmaq üçün heç zaman pul ödəməmişəm”.

Xatırladaq ki, Elman Paşayev 2020-ci ilin iyun ayında Moskvada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən məşhur aktyor Mixail Yefremovun vəkili olub. Aleksandr Dobrovinski isə qarşı tərəfin hüquqlarını müdafiə edib. Məhkəmə aktyor M.Yefremov barəsində 8 il azadlıqdan məhrumetmə cəzası kəsib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki