image-ads_n1karobka_mobile
image-5e4cc1ec-1ca0-3ce7-bfe2-57d222bbefd9_850backend

Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə bürünc medal qazanıb FƏRDİ

Azərbaycan təmsilçiləri İndoneziyanın paytaxtı Cakartada keçirilən Karate1 Seriya A turnirində medal qazanıb.

Federasiyadan  verilən məlumata görə, kişilərin mübarizəsində Ayxan Mamayev (84 kq), qadınların yarışında isə Mədinə Sadıqova (55 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Renata Ərəbli (61 kq) isə bürünc mükafat şansını əldən verib. İdmançıları kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev müşayiət edib.

Qeyd edək ki, mövsümün son Seriya A turnirində 65 ölkədən 661 karateçi iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki