Miçiqan ştatında “Thunder Over Michigan” aviaşousunda Uilov hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb.
Bu barədə “Click on Detroit” nəşri məlumat yayıb.
Pilotların havadan çıxmağa müvəffəq olduqları, onlar tapılaraq tibb müəssisəsinə aparıldığı dəqiqləşdirilir. Tədbir nümayəndəsinin sözlərinə görə, MiQ-23 qırıcısı yaşayış binasının qarşısında qəzaya uğrayıb.
Fövqəladə vəziyyətdən sonra şou dayandırılıb və tamaşaçılardan ərazini tərk etmək tələb olunub.
ABŞ Federal Aviasiya İdarəsi qəza ilə bağlı araşdırmalara başlayıb.
Avqustun 3-də Los-Anceles yaxınlığındakı Van Nuys hava limanında iki yerlik tək mühərrikli təyyarənin qəzaya uğradığı məlum olub.
Mənbə: Haberler.com