image-2000x150px
image-123
image-ads_atlas
image-rice-2294365_1920-pic4_zoom-1500x1500-71418-pic_32ratio_900x600-900x600-34642backend

ABŞ Çində baş verən hadisələrlə əlaqədar dünya bazarında düyü qiymətlərinin artacağını gözləyir

image-728x90px

Fitch Ratings-in analitikləri bildiriblər ki, dünyanın aparıcı düyü istehsalçısı Çin əsas kənd təsərrüfatı regionlarında güclü daşqın təhlükəsi ilə üzləşdiyi üçün qlobal düyü qiymətləri arta bilər.

Ölkənin düyü istehsalının 23%-ni təşkil edən Çinin üç əyaləti daşqın təhlükəsi ilə üzləşib. Güclü yağışlar və tayfunlar səbəbindən artıq əkin sahələri su altında qalıb və bu il məhsuldarlıq aşağı düşəcək, reytinq agentliyinin hesabatında deyilir.

Çin dünyanın ən böyük düyü istehsalçısıdır. Fitch hesab edir ki, ölkə itkiləri ödəmək üçün idxalı artırmalı olacaq və bu, artıq çoxilliklərin ən yüksək həddində olan dünya düyü qiymətlərini qaldıracaq.

“Çinin taxıl istehsal edən şimal-şərq bölgəsində məhsuldarlığı azaldacaq güclü yağışlar, yəqin ki, onsuz da yüksək olan qlobal düyü qiymətlərinə yuxarı təzyiq göstərəcək”, – Fitch Ratings hesabatında bildirib.

Mənbə: A haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki