Konqres üzvü Aprel Makkleyn Delaney Demokratları ABŞ prezidenti Donald Trampa qarşı Konqresin təsdiqi olmadan Venesuelada həyata keçirilən əməliyyatla bağlı impiçment prosedurunu nəzərdən keçirməyə çağırıb.
Doğru.az xəbər verir ki, RİA Novosti konqresmen xanımın bəyanatına istinadən bildirir ki, Makkleyn Trampın “ABŞ Konstitusiyasının tələb etdiyi kimi, Konqresin icazəsi olmadan hərəkət etdiyini” vurğulayıb.
Delaney əlavə edib: “Prezidentin növbəti dəfə səlahiyyətlərini aşmasına və yoxlama-tarazlıq sistemini sarsıtmasına biganə qala bilmərəm”. Konqresmen Demokratlar Partiyası daxilində impiçment təşəbbüsünün mümkünlüyü ilə bağlı təcili müzakirələrə çağırıb.
DOĞRU.AZ




























