image-ads_n1karobka_mobile
image-bez-imeni-3-pic_32ratio_1200x800-1200x800-51505backend

ABŞ-da Los-Anceles yaxınlığında tək mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var

Los-Anceles (ABŞ) yaxınlığındakı Van Nuys hava limanının ərazisinə iki yerlik təkmühərrikli təyyarənin düşməsi nəticəsində iki nəfər həlak olub.

Bu barədə ABC7 telekanalı hava limanı polisinə istinadən məlumat yayıb.

“Çərşənbə günü səhər Van Nuys hava limanında kiçik təyyarənin qəzaya uğraması və yanması nəticəsində iki nəfər həlak olub”, – məlumatda deyilir.

Telekanal adı çəkilməyən hadisə şahidlərinə istinadən qeyd edir ki, təyyarə kəskin suya düşüb, bundan sonra yerə çırpılıb və alovlanıb.

O da vurğulanır ki, qəzanın səbəbi hələlik məlum deyil.

Mənbə: A haber


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki