image-n1karobka_ads
image-123
image-69161638ae5ac90c28145bcbbackend

ABŞ-da piylənmə və xroniki xəstəliklər vizaların rəddinə səbəb ola bilər

image-ad_qayo_720x110px

Xroniki xəstəliklər, piylənmə, xərçəng və hətta pensiya yaşı ABŞ vizasının verilməməsi üçün əsas səbəblərdən biri ola bilər.

Doğru.az xəbər verir ki, The Washington Post Dövlət Departamentinin teleqramına istinadən yazır:

“Tramp administrasiyası viza məmurlarına piylənmə, ürək xəstəliyi, xərçəng və diabet kimi xroniki xəstəlikləri əcnəbilərə viza verilməməsinin səbəbi kimi nəzərdən keçirməyi tapşırıb.”

Bundan əvvəl Avropa Komissiyası rusiyalılara çoxdəfəlik Şengen vizalarının verilməsinə məhdudiyyətlər tətbiq etmişdi. Lakin Brüsselə “sadiq” hesab edilən şəxslərə çoxdəfəlik vizaların verilməsinin mümkün olacağı qeyd olunub.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə buna cavab olaraq bildirib ki, “Avropanın artıq ödəmə qabiliyyətinə malik turistlərə ehtiyacı yoxdur.”

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki