ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Amerika tərəfinin təhvil verdiyi F-16 qırıcıları Ukrayna ərazisinə yerləşdiriləcək.
O, bu barədə PBS telekanalına müsahibəsində bildirib.
“Plan F-16-ların Ukraynada yerləşdirilməsidir. ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenskinin imzaladığı ikitərəfli təhlükəsizlik sazişi bu məqamı vurğulayır: biz Ukraynaya bu vəsaitləri əldə etməkdə kömək etmək istəyirik. Belə vəsaitlər Ukraynada yerləşdirilməlidir”, – deyə Sullivan bildirib.
Bundan əvvəl hərbi ekspert, ehtiyatda olan polkovnik Viktor Litovkin Amerika F-16 qırıcılarının yaxın vaxtlarda Ukraynada görünməyəcəyini bildirmişdi. Ekspertin fikrincə, F-16-ları qəbul etmək üçün Ukrayna daim Rusiya hərbçilərinin hücumuna məruz qalan aerodromları hazırlamalı, həmçinin şəxsi heyəti hazırlamalıdır. Litovkin qeyd edib ki, aerodromlar komanda qüllələri və radiolokasiya stansiyaları ilə təchiz edilməlidir.
Mənbə: A Haber