image-n1karobka_ads
image-123
image-66ea9eaeae5ac946f4676150backend

ABŞ generalı Hekker: NATO Arktikada hava əməliyyatları mərkəzi yaratmaq istəyir

image-ad_qayo_720x110px

Şimali Atlantika Alyansı Arktikada birgə hava əməliyyatlarına nəzarət mərkəzinin yaradılması imkanını nəzərdən keçirir.

Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanı general Ceyms Hekker bildirib.

Amerika hərbçilərinin sözlərinə görə, bu məqsədlə NATO Arktika ölkələri ilə sıx əlaqələrdən və onların təcrübəsindən istifadə etməyi planlaşdırır.

“Mən düşünürəm ki, biz tezliklə üçüncü birgə hava əməliyyatları mərkəzimizə sahib olacağıq” dedi Hekker.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, ABŞ Rusiya təhlükəsinə qarşı durmaq və Çini cilovlamaq üçün Asiya-Sakit okean regionunda və Arktikada hərbi varlığını artırır.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki