“Microsoft” korporasiyası ABŞ-ın Daxili Gəlir Xidmətindən (IRS) şirkətin təxminən 29 milyard dollar məbləğində vergi ödəməməsi barədə bildiriş alıb.
Bu barədə korporasiyanın saytında məlumat verilir.
Söhbət 2004-cü ildən 2013-cü ilə qədər olan dövrdən gedir. “Microsoft” bu ilin sentyabrın 26-da vergi orqanlarından şirkətdən 28,9 milyard dollar, həmçinin cərimələr və faizlər ödəməyi tələb edən bildiriş alıb.
“Biz təklif olunan dəyişikliklərlə razılaşmırıq və IRS İnzibati Apellyasiya Xidməti və lazım gələrsə, məhkəmə çəkişmələri vasitəsilə NOPA-ya şiddətlə etiraz edəcəyik. Biz yaxın 12 ay ərzində bu məsələlərin yekun həllini gözləmirik”, – deyə Microsoft bildirib.
Mənbə: Bloomberg