ABŞ-ın 2024-cü ilin yanvarında büdcə kəsiri dekabrdakı 129 milyard dollardan 21,93 milyard dollara qədər azalıb.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin hesabatında deyilir.
Yanvarda ölkənin dövlət xərcləri illik ifadədə 2,7% artaraq 499,25 milyard dollar təşkil edib.Yanvarda ən çox sosial təminata xərclənib – 121 milyard dollar. Müdafiəyə 60 milyard dollar ayrılıb.
Fevralın 8-də BKF bankının analitik departamentinin rəhbəri Maksim Osadçiy bildirib ki, ABŞ borc spiralından çıxmaq üçün “kəmərlərini sıxmalıdır”.
Mənbə: Bloomberg