image-2000x150px
image-123
image-ads_atlas
image-ap20004815158739-pic_32ratio_900x600-900x600-91687backend

ABŞ-ın Suriyadakı bazasına hücum zamanı buraxılış qurğusu məhv edilib

image-728x90px

Yaxın Şərqdə ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya məxsus döyüş təyyarəsi Suriyanın Rumeylan bölgəsindəki hərbi bazaya uğursuz raket hücumundan sonra raket buraxılış qurğusunu məhv edib.

Bu barədə TASS Pentaqona istinadən məlumat yayıb.

“Bu gün Suriyanın Rumeylan şəhərində koalisiya qüvvələrinin bazasına uğursuz raket hücumu xəbərindən sonra koalisiyaya məxsus döyüş təyyarəsi özünümüdafiə üçün buraxılış qurğusunu məhv edib”, – bəyanatda deyilir.

Aprelin 22-nə keçən gecə İraq təhlükəsizlik qüvvələrinin Suriyanın Xarab əl-Cir bölgəsində ABŞ hərbi aerodromuna hücum edən yaraqlıları təqib etmək üçün əməliyyat keçirdiyi bildirilir.

Bundan əvvəl Suriya Demokratik Qüvvələrinin (SDQ) Fəratın şərq sahilindəki kürd qüvvələrinin düşərgəsinin raket hücumuna məruz qaldığı məlum olub.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki