“Middle East Eye” portalının məlumatına görə, ABŞ İrana qarşı hədəfli hücumları nəzərdən keçirir və Vaşinqtonun etirazçıların ölümündə əli olduğuna inandığı İran rəsmiləri və komandirlərini hədəf ala bilər.
Sfera.az xəbər verir ki, hücumların vaxtı hələ müzakirə olunur, lakin ABŞ administrasiyasında İranın mümkün cavabı ilə bağlı müzakirələr davam edir.
ABŞ-nin keçmiş kəşfiyyat rəsmisi bildirib ki, Prezident Donald Tramp İranda rejim dəyişikliyi istəyindən əl çəkməyib. Tramp daha əvvəl ABŞ-nin İran yaxınlığında böyük qüvvələr topladığını və Tehranın dialoqa hazır olduğunu açıqlamışdı.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə ölkə ordusunun ABŞ qüvvələrinin bütün hərəkətlərini izlədiyini və müdafiə qabiliyyətini gücləndirdiyini bildirib.
Qeyd edək ki, yanvarın 23-də Tramp bölgəyə əhəmiyyətli hərbi qüvvələr yerləşdiyini və donanmanın hərəkətdə olduğunu açıqlamışdı.
DOĞRU.AZ




























