image-2000x150px
image-123
image-ads_atlas
image-atacmsmay2006__cropped_-pic_32ratio_900x600-900x600-53435backend

ABŞ Konqresi Rusiyanın xəritəsini Amerika raketlərinin uçuş məsafəsi ilə göstərib

image-728x90px

ABŞ Konqresinin Xarici Əlaqələr üzrə Aşağı Palatasının sədri Maykl Makkol Rusiya ərazisinin Ukraynaya tədarük edilən Amerika ATACMS raketlərinin əhatə edə biləcəyi zonanın xəritəsini göstərib.

ABŞ dövlət katibi Entoni Blinkenə Kiyevin Rusiya ərazisinə Amerika silahları ilə zərbə endirməsinə qoyulan qadağanın aradan qaldırılması tələbi ilə müraciət edən Makkol bildirib ki, hazırda Ukrayna qoşunları üçün əlçatmaz olan zona Rusiya artilleriyası tərəfindən Ukraynanı atəşə tutmaq üçün istifadə olunur.

Öz növbəsində, Blinken cavab verməkdən mahiyyət etibarilə yayınıb və bildirib ki, Ukrayna tərəfi bu cür qərarları müstəqil qəbul etməlidir. Blinkenin sözləri Makkolu narazı salıb və o, Rusiya ərazisinin dərinliklərində zərbələrə qadağa qoyulmasının Ukrayna üçün son dərəcə təhlükəli və zərərli olduğunu təkrarlayıb.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki