image-n1karobka_ads
image-123
image-693bd82802e8bd51311673c9backend

ABŞ nadir torpaq metalları və süni intellekt üzrə beynəlxalq alyans yaradır

image-ad_qayo_720x110px

Amerika Birləşmiş Ştatları vacib minerallara çıxışı təmin etmək və süni intellekt (Sİ) sahəsində texnoloji üstünlüyünü qorumaq üçün beynəlxalq koalisiya yaratmağı planlaşdırır.

Doğru.az xəbər verir ki, alyansa Avstraliya, İsrail, Sinqapur, Cənubi Koreya və Yaponiya daxil olacaq.

“Politico” agentliyinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Çinin nadir torpaq metalları və texnologiya sektorundakı təsirinə qarşı çıxmaq üçün qrup yaradır. Vaşinqton hesab edir ki, Çinin süni intellekt və kvant hesablamalarına böyük investisiyaları ona iqtisadi üstünlük verə bilər.

ABŞ Dövlət Katibinin İqtisadi Artım, Enerji və Ətraf Mühit üzrə müavini Ceykob Helberq bildirib: “[Belə bir qrupun yaradılması] oyunu dəyişdirir, çünki bu gün iqtisadiyyat, süni intellekt və Çinlə necə rəqabət aparmaq barədə bir araya gələ biləcəyimiz bir qrup yoxdur”.

Qeyd edək ki, Avropa ölkələri daha əvvəl hərbi istehsalı təmin etmək baxımından nadir torpaq metallarının çatışmazlığı ilə üzləşə biləcəklərini açıqlamışdılar.

Bu təşəbbüs ABŞ və tərəfdaşları üçün strateji əhəmiyyət kəsb edir və qlobal texnoloji rəqabətdə mövqelərinin möhkəmləndirilməsinə yönəlib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki