image-ads_n1karobka_mobile
image-20220205_gaf_u60_094-pic_32ratio_1200x800-1200x800-65462backend

ABŞ Polşanın Rusiya neftini necə əvəz etmək qərarına gəldiyini açıqlayıb

image-add-a-heading

Polşanın “Orlen” neft-qaz şirkətinin rəhbərliyi Rusiya xam neftinin idxalını bu enerji mənbəyinin Britaniyanın “British Petroleum” (BP) şirkətindən tədarükü ilə əvəz edəcək. Bloomberg xəbər verir ki, müvafiq saziş artıq imzalanıb.

Söhbət ümumi həcmi 6 milyon tona qədər olan illik tədarükdən gedir ki, bu da bütün Orlen qrupunun neftə olan tələbatının təxminən 15%-ni təşkil edir. Polşaya xammal Şimal dənizində yerləşən Norveç yataqlarından tədarük ediləcək. Xəbərdə deyilir ki, neft Qdansk və Buttingen terminalları vasitəsilə çatdırılacaq.

“Orlen Qrupu Şimal dənizindəki Norveç yataqlarından gələcək neft tədarükünü təmin edib. Orlenin BP ilə bağladığı müqavilə il ərzində ümumilikdə 6 milyon tona qədər yüksək keyfiyyətli xammalın tədarükünü nəzərdə tutur”, – Polşa şirkəti yekunlaşdırıb.

Mənbə: Bloomberg


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki