image-ads_n1karobka_mobile
image-69607ad302e8bd7870020e73backend

ABŞ Prezidenti: Putinin sülh niyyəti var

image-add-a-heading

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı silahlı münaqişənin həllinə sadiq olduğuna inandığını açıqlayıb.

Doğru.az xəbər verir ki, Tramp bu fikirləri “The New York Times” qəzetinə verdiyi müsahibədə səsləndirib. Onun sözlərinə görə, münaqişənin sona çatmağa yaxın olduğu məqamlar olub.

“Amma Zelenski razılaşmaq istəmirdi… Düşünürəm ki, hər ikisi indi razılaşmaq istəyir. Bunu biləcəyik”, – deyə Tramp qeyd edib.

ABŞ prezidenti daha əvvəl insanların həyatını xilas etmək üçün Rusiya ilə Ukrayna arasında münaqişəyə son qoymaq istədiyini də bəyan etmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki