Birləşmiş Ştatlar ictimai şirkətlərdən illik hesabatlarda istixana qazları emissiyaları və iqlim riskləri ilə bağlı məlumatları açıqlamağı tələb edib.
Bu barədə “İnterfaks” ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) qərarına istinadən yazır.
Bununla belə, təchizat zənciri boyunca dolayı emissiyaların açıqlanması tələbi (Əhatə dairəsi 3) hələ də tətbiq edilməyib.
Yeni qaydalara əsasən, emitentlərdən birbaşa istixana qazları emissiyaları (Əhatə 1 və Əhatə 2), eləcə də iqlim riskləri, uyğunlaşma fəaliyyətləri, ətraf mühit planları və məqsədləri haqqında məlumatları dərc etmələri tələb olunacaq.
İri şirkətlər (7000 emitentdən 3000-ə qədər) 2026-cı il üçün hesabatlarla bu məlumatların məcburi şəkildə açıqlanmasına başlayacaqlar. ING Bank hesab edir ki, yeni tələblər iqlim məlumatlarının “şəffaflığını və müqayisəliliyini” təmin edəcək.
Mənbə: Lenta.ru