image-n1karobka_ads
image-123
image-6945da4302e8bd34737c9f17backend

ABŞ Suriyanın mərkəzində İŞİD hədəflərinə genişmiqyaslı zərbələr endirib

image-ad_qayo_720x110px

ABŞ-a məxsus qırıcı təyyarələr, hücum helikopterləri və artilleriya bölmələri Suriyanın mərkəzində yerləşən bir neçə ərazidə onlarla şübhəli İŞİD hədəfinə zərbələr endirib. Zərbələr silah anbarları və əməliyyatların aparılması üçün istifadə edilən digər obyektləri əhatə edib.

Doğru.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Məlumata görə, dekabrın 13-də Suriyanın mərkəzində, Palmira şəhəri yaxınlığında Amerika və Suriya hərbçilərinə hücum edilib. Hadisədən sonra ABŞ Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama verib.
Pentaqonun mətbuat katibi Şon Parnell bildirib ki, hücum nəticəsində iki Amerika hərbçisi və bir mülki tərcüməçi həyatını itirib.

Qeyd edək ki, ABŞ tərəfi hücumların İŞİD-ə qarşı cavab tədbiri olduğunu vurğulayıb.
Xatırladaq ki, “İslam Dövləti” (İŞİD) təşkilatı Rusiya Federasiyası Ali Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli qərarı ilə terrorçu təşkilat kimi tanınıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki