ABŞ Dövlət Departamenti F-16 qırıcıları üçün Tayvana 300 milyon dollar məbləğində əlavə avadanlıq satışına razılıq vermək qərarına gəlib.
Məlumata görə, Tayvan standart ehtiyat və təmir hissələri, eləcə də istehlak materialları və ABŞ-dan mühəndislik, texniki və logistika dəstək xidmətləri almaq niyyətindədir.
“Avadanlıq ABŞ Hərbi Hava Qüvvələrinin ehtiyatlarından tədarük olunacaq… Təklif olunan satış ABŞ-ın müdafiə hazırlığına mənfi təsir göstərməyəcək”, – mesajda deyilir.
Mənbə: Sputnik