image-n1karobka_ads
image-123
image-ap22211413620184-pic_32ratio_900x600-900x600-36094backend

ABŞ Tayvanla ticarəti genişləndirməyə razılaşdığını bildirib

Bloomberg xəbər verir ki, ABŞ-ın ticarət müzakirəçisi Ketrin Tai Vaşinqton və Taypeyin ticarəti genişləndirmək barədə razılığa gəldiyini bildirib.

“Təşəbbüs üzrə birinci saziş gömrük inzibatçılığı və ticarətin təşviqi, yaxşı tənzimləmə təcrübəsi, xidmətlər sahəsində daxili tənzimləmə, korrupsiyaya qarşı mübarizə, eləcə də kiçik və orta sahibkarlıq sahələrini əhatə edir”, – deyə məlumatda bildirilir.

Müqavilənin yaxın həftələrdə imzalanması gözlənilir. 21-ci əsrdə ikitərəfli ticarət təşəbbüsü 2022-ci ildə başlayıb və artıq Vaşinqton və Taypey arasında iki raund danışıqlar keçirilib.

Mənbə: Bloomberg

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki