ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritter jurnalist Stiven Qardnerə müsahibəsində bildirib ki, Ukraynanın Silahlı Qüvvələrində ağır itkilərini gizlətməsi getdikcə çətinləşir.
Onun sözlərinə görə, ukraynalılar qəbiristanlıqlarının necə böyüdüyünü görürlər. Döyüşçülərin cəsədləri evə gətirilərkən onların dəfn olunacağı yerlər tükənir.
Ritter əlavə edib ki, Kiyev daha çox əsgəri döyüşə atmaqla, eləcə də Rusiya hərbçilərinin “iradəsini qırmaqla” böyük itkilərin öhdəsindən gəlməyə çalışır, lakin bu, Ukrayna Silahlı Qüvvələrinin daha çox qurbanlarına səbəb olacaq.
Mənbə: TASS