image-ads_n1karobka_mobile
image-6820e898ae5ac959363a5d6dbackend

ABŞ və Çin ticarət kəsirini azaltmaq üçün razılığa gəliblər

image-add-a-heading

Cenevrədəki danışıqlardan sonra ABŞ və Çin ticarət kəsirinin azaldılması ilə bağlı razılığa gəliblər.

Bu barədə Amerika nümayəndə heyətindəki mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

“ABŞ-ın Ticarət Nümayəndəsi Jamison Greer… danışıqların nəticəsini ABŞ-ın 1,2 trilyon dollarlıq ticarət kəsirinin azaldılmasına kömək edəcək “Çinli tərəfdaşlarımızla əldə edilmiş razılaşma” kimi xarakterizə edib”, – məqalədə qeyd edilir.

Amerika nümayəndə heyətinə ABŞ-ın maliyyə naziri Skott Bessent daxil idi. O, jurnalistlərə bildirib ki, sazişin təfərrüatları bazar ertəsi, mayın 12-də açıqlanacaq. Onun sözlərinə görə, Amerika lideri Donald Tramp “məhsuldar danışıqların” nəticələrindən tam xəbərdardır.

Bundan əvvəl ABŞ prezidenti Çinlə ədalətli ticarət razılaşmasının əldə olunmasının mümkünlüyünü açıqlamışdı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki