image-n1karobka_ads
image-123
image-photo_279592backend

ABŞ və Çin ticarət və iqtisadi məsləhətləşmələr mexanizmi yaratmaq barədə razılığa gəliblər

ABŞ və Çin İsveçrədəki danışıqlar zamanı ticarət-iqtisadi məsləhətləşmələr mexanizminin yaradılması barədə razılığa gəliblər.

Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifeng və ABŞ-ın maliyyə naziri Skott Bessent arasında apardığı danışıqların yekunlarına görə, “Çin və Birləşmiş Ştatlar iqtisadi və ticarət sahələrində onları maraqlandıran məsələlər üzrə kommunikasiyanın davam etdirilməsi üçün iqtisadi və ticarət məsləhətləşmə mexanizmi yaratmaq barədə razılığa gəliblər “.

Daha əvvəl Reuters xəbər vermişdi ki, ABŞ və Çin ticarət kəsirini azaltmaq üçün razılığa gəliblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki