image-2000x150px
image-123
image-ads_atlas
image-2022-09-19t164826z_327230972_rc2ckw9ybidw_rtrmadp_3_usa-blinken-pic_32ratio_900x600-900x600-74088backend

ABŞ və Səudiyyə Ərəbistanı iqtisadi əməkdaşlığı müzakirə ediblər

image-728x90px

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, dövlət katibi Entoni Blinken və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Səudiyyə Ərəbistanının Ciddə şəhərində iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Millerin görüşün yekunlarına dair yazılı bəyanatında deyilir.

Diplomatın sözlərinə görə, Blinken ABŞ və Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin insan hüquqları sahəsində irəliləyiş sayəsində möhkəmləndiyini vurğulayıb. Qeyd olunur ki, dövlət katibi və vəliəhd iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, xüsusilə təmiz enerji və texnologiya sahəsində əməkdaşlığı müzakirə ediblər.

Bundan əlavə, danışıqlar zamanı Sudan və Yəməndəki vəziyyət, eləcə də regionda terrorizmlə mübarizə müzakirə edilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki