ABŞ prezidenti Donald Tramp administrasiyası Venesuelaya qarşı əməliyyat artıq həyata keçirildikdən sonra Konqresi məlumatlandırıb.
Doğru.az xəbər verir ki, CNN-in vəziyyətlə tanış olan mənbəyə istinadən yaydığı məlumata görə, administrasiya hüquqi əsas kimi ABŞ Konstitusiyasının II maddəsinə istinad edib.
Mənbənin sözlərinə görə, Konqresə bildiriş faktdan sonra göndərilib və əməliyyat prezidentin Konstitusiyanın II maddəsi ilə verilən səlahiyyətləri çərçivəsində əsaslandırılıb.
CNN qeyd edir ki, bəzi ABŞ qanunvericiləri Tramp administrasiyasının hərbi əməliyyatdan əvvəl Konqresi məlumatlandırmalı olduğunu bildiriblər.
Xatırladaq ki, daha əvvəl İspaniyanın Baş naziri Pedro Sançes ABŞ-ın Venesuelaya hücumundan sonra beynəlxalq hüquqa hörmətlə yanaşmağa çağırmışdı.
Qeyd edək ki, bundan əvvəl Trampın Venesuela liderinin tutulması üçün əməliyyata bir neçə gün öncə icazə verdiyi də açıqlanmışdı.
DOĞRU.AZ


























