image-n1karobka_ads
image-123
image-695f295bae5ac911c818a00abackend

ABŞ Venesuela nefti üzərində nəzarət üçün uzunmüddətli plan hazırlayır

image-ad_qayo_720x110px

ABŞ hakimiyyəti Venesuela nefti üzərində nəzarəti bərqərar etmək məqsədilə “gələcək illər” üçün nəzərdə tutulmuş plan üzərində işləyir.

Doğru.az xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, plan çərçivəsində neftin qiymətinin bir barel üçün 50 dollara endirilməsi hədəflənir.

Məqalədə qeyd olunur ki, əgər plan uğurla həyata keçirilərsə, bu, ABŞ-a Qərb yarımkürəsindəki neft ehtiyatlarının böyük hissəsi üzərində faktiki nəzarət imkanı verə bilər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Venesuelanın yalnız ABŞ məhsullarını “neft müqaviləsi” çərçivəsində alacağını bəyan etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki