Bu ilin mart ayında Rusiya Federasiyası tərəfindən ABŞ dövlət qiymətli kağızlarına investisiyaların həcmi əvvəlki ayla müqayisədə bir qədər artaraq 77 milyon dollara çatıb, TASS ABŞ Maliyyə Nazirliyinin dərc olunmuş sənədlərinə istinadən xəbər verir.
2023-cü ilin fevralında ABŞ-ın dövlət qiymətli kağızlarına Rusiya investisiyalarının həcmi 75 milyon dollar, 2022-ci ilin dekabrında 629 milyon dollar, oktyabrda 2,034 milyard dollar;
Bu ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyasının investisiyalarında uzunmüddətli istiqrazlar 68 milyon dollar, qısamüddətli istiqrazlar 9 milyon dollar təşkil edib.