image-2000x150px
image-123
image-ads_atlas
image-1646832414_990backend

Abşeron Rayon İcra Hakimiyyəti kiminsə parçalanmasını gözləyir – FOTO

image-728x90px

Abşeron Rayon İcra Hakimiyyəti əvvəlki illərdə olduğu kimi vəzifə funksiyalarını yerinə yetirmirlər. İsti kabinet, xidməti avtomobil və xalqa etinasız xidmət, eyni zamanda məsuliyyətsiz yanaşma…

İcra Hakimiyyəti vəzifə öhdəliklərinin “başını buraxdığı” kimi, sahibsiz itlərin də “başını buraxıb”.
Bu dəfə şikayət jurnalist Daşqın Əzizdən gəldi. Xırdalan şəhəri 2 nömrəli məktəb yaxınlığında onlarla sahibsiz it insanlara hücum çəkir, məktəblilərin gününü “qara” edib, amma buna bir müdaxilə edən yoxdur.
Daşqın Əzizin sosial şəbəkələrdə yazdığı status:
”Abşeron Rayon İcra Hakimiyyəti, neçə dəfə yazaq, şikayətlənək ki, buna bir əncam çəkilsin?
Vallah, bu sahibsiz itlər bir neçə nəfəri öldürəcək. Ondan sonra məsələ ölkədə şok effekti yaradacaq və məcburən qollarınızı çırmalayacaqsınız. Düzdür, bu yaxınlarda Tovuzda yaşlı qadını parçalayıb, o dünyanlıq etdilər, heç normal ictimailəşdirilmədi də.
Günün günorta çağı sakinlərə hücum çəkirlər. Ən pisi odur ki, azyaşlıların, məktəblilərin üstünə cumurlar. Yazıq uşaq qorxudan bu yaşda travma alsın, ya Allah eləməmiş, faciə yaşansın?!
Qəbulunuza düşmək də bu itlərlə mübarizə aparmaq qədər çətindir. Xırdalan biabırçı vəziyyətdədir”.
Dəqiqdir ki, İcra Hakimiyyəti tərəfindən bir tədbir görülmür. Axşam saatlarında sahibsiz itlərn sayı 100-dən çox olur.
Ötən ay Masazır qəsəbəsində sahibsiz itlər bir qadının ölümünə səbəb olmasına rəğmən, bu cür dəhşətli hadisədən Abşeron Rayon İcra Hakimiyyəti yenə də məsələni görməzdən gəlir.
Abşeron RİH-lə əlaqə yaratmağa çalışaq da, mümkün olmadı. Telefonlar susur, aidiyyəti şəxslər qeybə çəkilir.
Məsələdən belə anlamaq olar ki, Abşeron Rayon İcra Hakimiyyəti kiminsə parçalanmasını gözləyir…
image-1676196641_fb_mg_1676192760704
Ağa Dadaşzadə 

Operativ24.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki