image-n1karobka_ads
image-123
image-photo_19793backend

  Abşeronda 11 yaşlı qızı maskalı şəxslər qaçırmağa cəhd ediblər

image-ad_qayo_720x110px

Abşeron rayonu, Mehdiabad qəsəbəsində 11 yaşlı qızın zorla maskalı şəxslər tərəfindən qaçırıldığı bildirilib.

Hadisə Məmmədli kəndində qeydə alınıb.

Belə ki, dörd nəfər maskalı şəxs məktəbli qızı qaçırmağa çalışıb.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı azyaşlının valideynləri “102” Xidməti Zəng Mərkəzinə məlumat veriblər:
Abşeronda 11 yaşlı qızı maskalı şəxslər qaçırmağa cəhd ediblər - FOTO“Məlumat Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə yönləndirilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, azyaşlı qız hazırda təhlükəsiz şəraitdə, ailəsinin yanındadır”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki